Sağlamlıq, rahatlıq və yüksək xidmət səviyyəsini bir araya gətirən Sun City Naftalan Sanatoriyası sizi Naftalanın təbiət qoynunda unikal müalicə və istirahət təcrübəsinə dəvət edir. Müasir tibbi texnologiyalar, peşəkar həkim heyəti və Naftalan nefti ilə müalicə proqramları burada sizi gözləyir.
Sun City Naftalan Sanatoriyası Gəncə hava limanından cəmi 63 km (və Goran dəmir yolu stansiyasından 15 km) məsafədə yerləşən yeni tikilmiş beşmərtəbəli müasir binada yerləşir. Bu 4 ulduzlu sağlamlıq oteli Dayaq-hərəkət sistemi pozğunluqları, Dermatoloji, Uroloji və Ginekologiya vəziyyətlərinin hərtərəfli müalicəsində ixtisaslaşan tam təchiz olunmuş tibb mərkəzinə və 96 rahat otağa malikdir. Qonaqlar qapalı/açıq hovuzlar və termal zona daxil olmaqla premium otel imkanlarına istifadə edirlər.































































Unikal iltihab əleyhinə və bərpaedici xüsusiyyətlərinə görə qlobal şöhrət qazanmış Naftalan nefti, 70-dən çox müxtəlif xəstəliyin müalicəsində effektivdir. Sun City Naftalan sizin ehtiyaclarınıza uyğunlaşdırılmış ilboyu sağlamlıq və istirahət xidmətləri təklif edən universal tibb mərkəzidir. Hərtərəfli diaqnostikadan sonra müəyyən edilən müalicə planınız adətən terapevtik Naftalan nefti vannaları, Balneoterapiya, Maqnitoterapiya və Speleoterapiya daxil edir. Sun City Naftalan stressdən uzaqlaşmaq və müxtəlif profil xəstəliklərin müalicəsi üçün ideal məkandır.

Sun City Naftalan otelinin Superior otaqları (23 m²) həm iş, həm də istirahət üçün mükəmməl şəkildə təhciz olunmuşdur.
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.







Deluxe otaqlar (25 m²) qonaqpərvər atmosfer və cəlbedici interyeri ilə sizdə xoş təəsürat yaradacaqdır. Naftalanın füsunkar mənzərəsinə açılan eyvanda ruhunuz və təbiət arasında yeni harmoniya üçün yaranacaq.
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.








Üç nəfərin rahat gecələyə biləcəyi Triple otaqlarlarda (27 m²) sizin rahatlığınızı düşünərək işıqlandırma, sakitləşdirici rənglər və zərifliyi özündə əks etdirən təbii materiallardan istifadə olunmuşdur.
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.




Sun City Naftalan otelinin təklif etdiyi geniş sahəyə malik Family Suit otaqların (50 m²) rahat dizaynı ilə ailənizlə vaxt keçirmək və eyni zamanda xoş istirahət etmək fürsətiniz var.
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.









Saytımızda qeyd edilən otellər uzunmüddətli partnyorlamız olduqlarından, sizlərə ən optimal qiymətləri təqdim edirik. Bizim təqdim etdiyimiz qiymətlər əksər hallarda daha aşağıdır.
Biz hər bir otel və ya kurort haqqında hərtərəfli məlumat veririk.Bu məlumatlar daim yeniləndiyindən qonaqlarımıza endirimlər, xüsusi təkliflər və digər xəbərlər barədə ilk olaraq məlumat veririk.
Aviabilet, otel rezervasiyası, transfer, ekskursiya və s. xidmətləri ilə istirahətiniz boyu yarana biləcək bütün suallarınız peşəkar komandamız tərəfindən qısa müddətdə cavablandırılacaqdır.
Sizdən hər hansı bir sənəd tələb olunmur. Ancaq tibbi qeydlər, müayinələr, KT, MRT (əgər varsa) və həkim rəyi gətirdiyiniz təqdirdə bu müayinə prosesini daha da sürətləndirir.
Viza tələb olunmur. Xarici pasport lazımdır. Viza tələb olunan ölkələrin siyahısı və online viza əldə etmək üçün evisa.gov.az saytına daxil ola bilərsiniz.
Seçdiyiniz müalicə paketinə görə fərqliliklər ola bilər. Adətən qiymətə gecələmə, müayinə, müalicə, gündə 3 dəfə qidalanma daxildir. Müayinədən sonra həkiminiz tərəfindən əlavə prosedurlar təyin oluna bilər.
Həkimin tövsiyyəsinə uyğun olaraq uşaqlar 6 yaşından etibarən naftalan müalicəsi ala bilərlər.
Müalicə paketləri, otel və sanatoriyalar haqqında əlavə məlumat və ən son kampaniyalar haqqında məlumat almaq üçün bizimlə 7/24 əlaqə saxlaya bilərsiniz.
© 2020–2025 Vitatravel.az™. Bütün Hüquqlar qorunur.