Nafta Sanatoriyası – Naftalanın mərkəzində yerləşən, sağlamlıq və istirahətin mükəmməl vəhdətini təqdim edən müasir 4 ulduzlu sağlamlıq otelidir. Yaşıllıqlar arasında yerləşən bu sanatoriya, təbiətin şəfaverici gücü ilə müasir tibbi texnologiyaları birləşdirərək, qonaqlara sakitlik, müalicə və tam rahatlıq bəxş edir.
Nafta Sanatoriyası, Naftalan şəhərinin mərkəzində, 11 mərtəbəli müasir binada yerləşir. 78 rahat otaq, tam təchiz olunmuş tibbi mərkəz, spa zonası və müxtəlif istirahət imkanları ilə qonaqlara sağlamlıq və rahatlığı bir arada təqdim edir. Sanatoriyada 19 BTL kabinəsi, unikal 4 kameralı vannalar və hidromasaj terapiyası, duz otağı kimi ixtisaslaşmış prosedurlarla təchiz olunmuş geniş fizioterapiya mərkəzi qonaqların istifadsindədir. Çoxsaylı müalicə profili üzrə təcrübəli həkimlərlə, o cümlədən psoriazın effektiv müalicəsi üzrə peşəkər həkim heyətinin olduğu təchiz edilmiş Nafta Sanatoriyası, geniş spektrli xəstəlikər üçün yüksək keyfiyyətli, fərdi müalicə təklif edir.
Nafta Sanatoriyası – sağlamlığını bərpa etmək, xroniki xəstəliklərdən azad olmaq və təbiətin qoynunda dincəlmək istəyən hər kəs üçün ideal seçimdir.
















Nafta Sanatoriyasının müalicəvi gücü Naftalan neftindən gəlir. Bu unikal təbii resurs iltihabəleyhinə, ağrıkəsici və bərpaedici xüsusiyyətləri ilə tanınır və 70-dən çox xəstəlik növünün müalicəsində effektiv nəticə göstərir:
*Psoriaz və dəri xəstəlikləri
*Oynaqlar və dayaq-hərəkət sistemi xəstəlikləri
*Sinir, uroloji və ginekoloji problemlər
Qonaqlar müalicəyə başlamazdan əvvəl tibbi müayinədən keçirlər. Müalicə proqramına Naftalan neft vannaları, balneoterapiya, masaj, fizioterapiya və parafin terapiyası daxildir.
Nafta Sanatoriyası – həm müalicə, həm də istirahət üçün unikal məkandır. Burada təbiətin şəfaverici gücü ilə yenilənmə və sakitlik tapacaqsınız.
Rahatlıq və zərifliyi birləşdirən Standart otaqlar (22 m²) 2 nəfərlik (1 böyük və ya 2 ayrı çarpayı) olmaqla, şəhər və ya bağ mənzərəsinə malikdir.
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 5 gecədən başlayır.








Ailələr və uzunmüddətli qalmaq üçün ideal olan Deluxe otaqlar (42 m²) geniş interyerə, böyük yatağa və panoramik mənzərəyə malikdir.
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 5 gecədən başlayır.





Ailələr və dostlar üçün nəzərdə tutulmuş geniş və sakit Üç nəfərlik otaqlar (26 m²) 3 ayrı çarpayı ilə təchiz olunub.
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 5 gecədən başlayır.



Junior Suite (30 m²) otaqları iki ayrı hissədən (yataq və qonaq otağı) ibarətdir. Sakit rənglər, rahat mebellər və müasir dizayn mükəmməl istirahət mühiti yaradır.
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 5 gecədən başlayır.







Saytımızda qeyd edilən otellər uzunmüddətli partnyorlamız olduqlarından, sizlərə ən optimal qiymətləri təqdim edirik. Bizim təqdim etdiyimiz qiymətlər əksər hallarda daha aşağıdır.
Biz hər bir otel və ya kurort haqqında hərtərəfli məlumat veririk.Bu məlumatlar daim yeniləndiyindən qonaqlarımıza endirimlər, xüsusi təkliflər və digər xəbərlər barədə ilk olaraq məlumat veririk.
Aviabilet, otel rezervasiyası, transfer, ekskursiya və s. xidmətləri ilə istirahətiniz boyu yarana biləcək bütün suallarınız peşəkar komandamız tərəfindən qısa müddətdə cavablandırılacaqdır.
Sizdən hər hansı bir sənəd tələb olunmur. Ancaq tibbi qeydlər, müayinələr, KT, MRT (əgər varsa) və həkim rəyi gətirdiyiniz təqdirdə bu müayinə prosesini daha da sürətləndirir.
Viza tələb olunmur. Xarici pasport lazımdır. Viza tələb olunan ölkələrin siyahısı və online viza əldə etmək üçün evisa.gov.az saytına daxil ola bilərsiniz.
Seçdiyiniz müalicə paketinə görə fərqliliklər ola bilər. Adətən qiymətə gecələmə, müayinə, müalicə, gündə 3 dəfə qidalanma daxildir. Müayinədən sonra həkiminiz tərəfindən əlavə prosedurlar təyin oluna bilər.
Həkimin tövsiyyəsinə uyğun olaraq uşaqlar 6 yaşından etibarən naftalan müalicəsi ala bilərlər.
Müalicə paketləri, otel və sanatoriyalar haqqında əlavə məlumat və ən son kampaniyalar haqqında məlumat almaq üçün bizimlə 7/24 əlaqə saxlaya bilərsiniz.
© 2020–2025 Vitatravel.az™. Bütün Hüquqlar qorunur.