Murov Naftalan Otel

Burada ilk təəssüratdan etibarən fərdi yanaşmanın şahidi olacaqsınız.

Murov Naftalan Otel -Sanatoriyası Haqqında

Murov Naftalan otel- Sanatoriyası  otel Bakıdan 350 km məsafədə, Naftalan şəhərində yerləşir. Sanatoriya gözəl yaşıllıq ərazidə , Gəncə Beynəlxalq Hava limanından 50 dəqiqəlik məsafədə yerləşir. Sanatoriyanın yeni 9 mərtəbəli otel binası, sağlamlıq mərkəzi, ictimai spa mərkəzi, əyləncə mərkəzi  da daxil olmaqla, geniş ərazini əhatə edir. Qonaqlar açıq terrasda füsunkar təbiətin bəxş etdiyi mənzərədən zövq alaraq yerli və əcnəbi mətbəxin ləziz təamlarından dada bilərlər. Qonaqlara sağlamlıq mərkəzində müalicə və fizioterapiyaların geniş çeşidi təqdim olunur.

Min bir dərdin müalicəsi üçün

Naftalan vannası

Nadir xassələrinə görə, Naftalan nefti (və yaxud yağı) 70-dən artıq xəstəliyin müalicəsində istifadə oluna bilər. Bura dəri, əzələ-oynaq, uroloji və qulaq, burun, boğaz xəstəlikləri, o cümlədən, sinir sistemi, qan-damar sistemi ilə bağlı problemlər, stres və yorğunluq daxildir. Bütün il ərzində Murov Naftalan sağlamlıq otelində spa və idman zallarında sağlamlıq və istirahət imkanları təklif edilir. . Naftalana səfər edən turistlər hansı müalicəni alacaqlarını müəyyənləşdirmək məqsədilə, ilk növbədə, "check up" (ümumi) müayinədən keçirlər. Bundan sonra təyin olunan müalicəyə, bir qayda olaraq, neft vannaları qəbul etmək daxildir. Bununla yanaşı, xəstələr balneoterapiya, brom vannaları, masajlar, fizioterapiya və parafin terapiyasından da istifadə edə bilərlər. Naftalana xəstəlik müalicəsi deyil, sadəcə rahatlanmaq və relaksasiya ardınca da gələ bilərsiniz. Hər bir halda, Naftalan xəstəlik, stres və yorğunluqdan qurtulmaq üçün ideal məkandır!

Murov Naftalan Otel

Naftalanla Müalicə Paketi

Qarabag otel standard paket

Standard Paket

AZN 85 /Gecə
  • Gündə 3 dəfə Qidalanma
  • Naftalan Vannası
  • 3 növ Fizioterapiya

Əfsunedici Otaqlar

Standard Otaq

Müasir dizaynda və sakitləşdirici rənglərlə təchiz edilmişdir. Standart otaqlar (29 m²) öz qonaqlarına ev-abu havasını təklif edir.

Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.

Family Suite Otaq

4 nəfərin rahat yerləşə bildiyi, 2 yataq otağından ibarət olan gözəl üslublu Ailə otaqlarında (58 m²) istirahət edərək xoş vaxt keçirə bilərsiniz.

Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.

Junior Suite Otaq

Qonaq və yataq otağından ibarət gözəl üslublu Junior Suite otaqlarında (58 m²) istirahət edərək xoş vaxt keçirə bilərsiniz.

Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.

Niyə Biz ?

  • Aşağı qiymətlər

    Saytımızda qeyd edilən otellər uzunmüddətli partnyorlamız olduqlarından, sizlərə ən optimal qiymətləri təqdim edirik. Bizim təqdim etdiyimiz qiymətlər əksər hallarda daha aşağıdır.

  • Ən son məlumatlar

    Biz hər bir otel və ya kurort haqqında hərtərəfli məlumat veririk.Bu məlumatlar daim yeniləndiyindən qonaqlarımıza endirimlər, xüsusi təkliflər və digər xəbərlər barədə ilk olaraq məlumat veririk.

  • 24/7 Müştəri Xidməti

    Aviabilet, otel rezervasiyası, transfer, ekskursiya və s. xidmətləri ilə istirahətiniz boyu yarana biləcək bütün suallarınız peşəkar komandamız tərəfindən qısa müddətdə cavablandırılacaqdır.

Tez-Tez verilən Suallar

Sizdən hər hansı bir sənəd tələb olunmur. Ancaq  tibbi qeydlər, müayinələr, KT, MRT (əgər varsa) və həkim rəyi gətirdiyiniz təqdirdə bu müayinə prosesini daha da sürətləndirir.

Viza tələb olunmur. Xarici pasport lazımdır. Viza tələb olunan ölkələrin siyahısı və online viza əldə etmək üçün evisa.gov.az saytına daxil ola bilərsiniz.

Seçdiyiniz müalicə paketinə görə fərqliliklər ola bilər. Adətən qiymətə gecələmə, müayinə, müalicə, gündə 3 dəfə qidalanma daxildir. Müayinədən sonra həkiminiz tərəfindən əlavə prosedurlar təyin oluna bilər.

Həkimin tövsiyyəsinə uyğun olaraq uşaqlar 6 yaşından etibarən naftalan müalicəsi ala bilərlər.

Sualınız var?

Müalicə paketləri, otel və sanatoriyalar haqqında əlavə məlumat və ən son kampaniyalar haqqında məlumat almaq üçün bizimlə 7/24 əlaqə saxlaya bilərsiniz.