Karvan Naftalan Sanatoriyasında ilk təəssüratdan etibarən fərdi yanaşmanın şahidi olacaqsınız.
Karvan Hotel Naftalan sanatoriyası Azərbaycanın şimal-qərb bölgəsi, Naftalanda yerləşir və qonaqlara ən müasir texnologiyalarla təchiz edilmiş Müalicə Mərkəzində müayinə-müalicə xidmətləri, 60 müxtəlif kateqoriyalı təmirli, rahat otaqlarda və kotteclərdə tam pansion qidalanma paketi daxil otaqlarda gecələmə təklif edir. Minimum xərclə maksimal effektiv müalicə, sakit, rahat otaqlarda gecələmə, sağlam və dadlı yeməklərlə qidalanmağı arzu edirsinizsə seçiminiz Karvan otel Naftalandır.
Nadir xassələrinə görə, Naftalan nefti (və yaxud yağı) 70-dən artıq xəstəliyin müalicəsində istifadə oluna bilər. Bura dəri, əzələ-oynaq, uroloji və qulaq, burun, boğaz xəstəlikləri, o cümlədən, sinir sistemi, qan-damar sistemi ilə bağlı problemlər, stres və yorğunluq daxildir. Bütün il ərzində Karvan Otel Naftalan sanatoriyası spa və idman zallarında sağlamlıq və istirahət imkanları təklif edilir. Naftalana səfər edən turistlər hansı müalicəni alacaqlarını müəyyənləşdirmək məqsədilə, ilk növbədə, "check up" (ümumi) müayinədən keçirlər. Bundan sonra təyin olunan müalicəyə, bir qayda olaraq, neft vannaları qəbul etmək daxildir. Bununla yanaşı, xəstələr balneoterapiya, brom vannaları, masajlar, fizioterapiya və parafin terapiyasından da istifadə edə bilərlər. Naftalana xəstəlik müalicəsi deyil, sadəcə rahatlanmaq və relaksasiya ardınca da gələ bilərsiniz. Hər bir halda, Naftalan xəstəlik, stres və yorğunluqdan qurtulmaq üçün ideal məkandır!
Gözəl mənzərəyə açılan eyvanlı Standard otaqların (20 m²) komfort və rahatlığını hiss edin.
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.
Məxsusi olaraq yaşam, əyləncə və istirahət üçün yaradılmışdır! Gözəl mənzərəli Deluxe otaqların (25 m²) komfort və rahat atmosferinə xoşgəlmisiniz.
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.
Eleqant çalarlar, geniş otaqlar və qüsursuz interyer. Karvan Suit otaqlarda (30 m²) bütün bunların həzzini yaşayın.
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.
Saytımızda qeyd edilən otellər uzunmüddətli partnyorlamız olduqlarından, sizlərə ən optimal qiymətləri təqdim edirik. Bizim təqdim etdiyimiz qiymətlər əksər hallarda daha aşağıdır.
Biz hər bir otel və ya kurort haqqında hərtərəfli məlumat veririk.Bu məlumatlar daim yeniləndiyindən qonaqlarımıza endirimlər, xüsusi təkliflər və digər xəbərlər barədə ilk olaraq məlumat veririk.
Aviabilet, otel rezervasiyası, transfer, ekskursiya və s. xidmətləri ilə istirahətiniz boyu yarana biləcək bütün suallarınız peşəkar komandamız tərəfindən qısa müddətdə cavablandırılacaqdır.
Sizdən hər hansı bir sənəd tələb olunmur. Ancaq tibbi qeydlər, müayinələr, KT, MRT (əgər varsa) və həkim rəyi gətirdiyiniz təqdirdə bu müayinə prosesini daha da sürətləndirir.
Viza tələb olunmur. Xarici pasport lazımdır. Viza tələb olunan ölkələrin siyahısı və online viza əldə etmək üçün evisa.gov.az saytına daxil ola bilərsiniz.
Seçdiyiniz müalicə paketinə görə fərqliliklər ola bilər. Adətən qiymətə gecələmə, müayinə, müalicə, gündə 3 dəfə qidalanma daxildir. Müayinədən sonra həkiminiz tərəfindən əlavə prosedurlar təyin oluna bilər.
Həkimin tövsiyyəsinə uyğun olaraq uşaqlar 6 yaşından etibarən naftalan müalicəsi ala bilərlər.
Müalicə paketləri, otel və sanatoriyalar haqqında əlavə məlumat və ən son kampaniyalar haqqında məlumat almaq üçün bizimlə 7/24 əlaqə saxlaya bilərsiniz.
© 2020–2024 Vitatravel.az™. Bütün Hüquqlar qorunur.