Füsunkar təbiət, şəfaverici balneoloji mənbələr və müalicəvi Naftalan vannaları – istirahət və müalicəniz üçün sizlərə Azərbaycanın ən məhşur kurortlarından olan Naftalan şəhərindəki otellərdə müalicə paketləri təklif edirik.
Azərbaycanın sağlamlıq turizminin mərkəzi hesab olunan Naftalan şəhəri şəfa axtarışında olan minlərlə insanın marağını cəlb edən unikal Naftalan neftinin vətənidir. Buradan çıxarılan neft görünüşcə adi sənaye nefti ilə oxşar olsa da, 70-dən çox xəstəliyi müalicə etməyə imkan verən unikal kimyəvi tərkibə və şəfalı xüsusiyyətlərə malikdir. Naftalana səfər edən turistlərin əsas məqsədi müalicəvi neft vannası qəbul etmək olsa da, bu müasir şəhər həm də qədim tarixi, yamyaşıl parkları və bütün ailənin istirahət və əyləncəsini təmin edən kurortları ilə tanınır.
Yorğunluq, səs-küy və gərgin iş rejimindən uzaq komfortlu otellərdə sağlamlığınızı peşəkarlara etibar edin.
Bir çox xəstəliyin müalicəsi üçün uyğun kurortu tapın.
Naftalan eyni zamanda üç sistemin fəaliyyətini düzəldir – sinir, endokrin və immun sistemləri. Psoriazın autoimmun xəstəlik olduğuna görə, naftalan ilkin səbəbə təsir göstərir, o, iltihabı, ağrılı dəri qaşınmasını və allergiyanı azaldır. Naftalanın sayəsində, orqanizm öz iltihab əleyhinə hormon ehtiyatını doldurur. Naftalan immunomodulyatordur. Böyrəküstü vəzilərinin fəaliyyətini təbii şəkildə bərpa edə biləcək heç bir dərman vasitəsi mövcud deyil. Naftalan hipofizin və hipotalamusun fəaliyyətini normallaşdırır, ümumilikdə, endokrin sistemi bərpa edir.
Osteoxondroz kimi xəstəliyin öhdəsindən gəlmək və xoşagəlməz ağrılardan qurtulmaq üçün, müalicəyə düzgün yanaşmaq çox əhəmiyyətlidir. Naftalan neftinin sayəsində bütün orqanizmin regenerasiyası və düzgün maddələr mübadiləsinin bərpa olunması baş verir, masajlar isə artıq mövcud problemin öhdəsindən gəlməyə kömək edəcək. Naftalan neftinin müalicəvi xüsusiyyətləri iltihab proseslərinin dayanmasına, habelə,ağrılı hislərin azalmasına səbəb olur.
Artrozun naftalanla müalicəsi kifayət qədər müsbət effekt verir ki, bu effekt özünü yeni qığırdaq hüceyrələrinin artımının gücləndirilməsi ilə, əzələ spazmlarının və damarlarda funksional pozuntuların azalması ilə büruzə verilir. Naftalan vannaları ilə müalicə zamanı iki növ naftalan istifadə edilir: təbii sürtmə üçün və qatransızlaşdırılmış(təmizlənmiş). Naftalan prosedurları iltihab əleyhinə, ağrıkəsici və immunomodullaşdırıcı effekti təmin edir.
Naftalanoterapiya effektiv müalicə növüdür və xəstəliyin müalicəsi zamanı müsbət nəticə göstərir. Naftalan böyrəküstü vəzilərin və qalxanabənzər vəzinin fəaliyyətinin normallaşdırılmasına təsir göstərir, buna görə də, orqanizmin və dərinin regenerasiyası baş verir. Həmçinin, naftalan vannaları xoşagəlməz hislərdən, qaşınmadan və ağrıdan qurtulmağa kömək edir.
Saytımızda qeyd edilən otellər uzunmüddətli partnyorlamız olduqlarından, sizlərə ən optimal qiymətləri təqdim edirik. Bizim təqdim etdiyimiz qiymətlər əksər hallarda daha aşağıdır.
Biz hər bir otel və ya kurort haqqında hərtərəfli məlumat veririk.Bu məlumatlar daim yeniləndiyindən qonaqlarımıza endirimlər, xüsusi təkliflər və digər xəbərlər barədə ilk olaraq məlumat veririk.
Aviabilet, otel rezervasiyası, transfer, ekskursiya və s. xidmətləri ilə istirahətiniz boyu yarana biləcək bütün suallarınız peşəkar komandamız tərəfindən qısa müddətdə cavablandırılacaqdır.
Sizdən hər hansı bir sənəd tələb olunmur. Ancaq tibbi qeydlər, müayinələr, KT, MRT (əgər varsa) və həkim rəyi gətirdiyiniz təqdirdə bu müayinə prosesini daha da sürətləndirir.
Viza tələb olunmur. Xarici pasport lazımdır. Viza tələb olunan ölkələrin siyahısı və online viza əldə etmək üçün evisa.gov.az saytına daxil ola bilərsiniz.
Seçdiyiniz müalicə paketinə görə fərqliliklər ola bilər. Adətən qiymətə gecələmə, müayinə, müalicə, gündə 3 dəfə qidalanma daxildir. Müayinədən sonra həkiminiz tərəfindən əlavə prosedurlar təyin oluna bilər.
Həkimin tövsiyyəsinə uyğun olaraq uşaqlar 6 yaşından etibarən naftalan müalicəsi ala bilərlər.
Müalicə paketləri, otel və sanatoriyalar haqqında əlavə məlumat və ən son kampaniyalar haqqında məlumat almaq üçün bizimlə 7/24 əlaqə saxlaya bilərsiniz.
© 2020–2024 Vitatravel.az™. Bütün Hüquqlar qorunur.